“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Qurban bayramında hansı heyvanları şərikli kəsmək olar? - AÇIQLAMA

Tarix 13.06.24, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Bu səbəbdən qurban kəsmək arzusunda olan insanlar arasında "Hansı qurbanlığa şərik olmaq, pay durmaq olar? Hansı heyvanda pay bölgüsü necə olur?" sualları aktual olaraq qalır.

AzFakt.com xəbər verir ki, İlahiyyat İnstitutunun sabiq rektoru, deputat Ceyhun Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, bütün qurbanlıqlara pay durmaq (yəni, bir heyvanı bir neçə nəfərin toplaşıb kəsməsi) olmur.

"Əvvəlcə nəzərə almalıyıq ki, Qurban bayramı İslamın iki əsas, müqəddəs bayramlarından biridir və bütün müsəlman dünyasında qeyd olunur. Qurban əsasən, qoyundan, inəkdən və dəvədən kəsilməlidir.

Qoyunda hansısa bir şəriklik söhbəti yoxdur, yəni qoyunu yalnız bir nəfər kəsməlidir. Dəvə və inəyə gəldikdə isə, yeddi nəfər birləşib bir qurban kəsə bilər. Yeddi məsələsi inək və dəvədən olan qurbanlara aiddir - bu, şəriətdə də təsbit olunub.

Qurbanın paylanmasına gəldikdə isə, bu qohumlara, qonşulara paylana, bir hissəsini də ev yiyəsi özünə götürə bilər. Yəni, dinin yanaşması budur. Din konkret bizə deyib ki, hansı heyvanlardan qurban kəsmək olar və hansı formada bu paylanılmalı və bölgü aparılmalıdır", - deyə C.Məmmədov bildirib.



Xəbərin oxunma sayı : 724




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap