“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Qurtuluşdan başlanan inkişaf tarixi

Tarix 15.06.24, 8:00

Font ölçüsü : - / +
bitmap-img6


Müstəqil Azərbaycanda  dövlət quruculuğu, iqtisadi dirçəliş konsepsiyası məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Ümummilli Liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Məlum olduğu kimi, Azərbaycan 1991 -ci il 18 oktyabrda dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla da Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək milli azadlığına, dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki müstəqilliyimizin ilk 2 ilində hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən,  xaosdan, anarxiyadan, Ermənistanın işğalçılıq siyasətindən, nəhayət, səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığından sabaha ümidlərini itirmişdir. Dövlətlə xalq arasında uçurum yaranmışdı.  Bu hallar ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyini itirmək təhlükəsinin yaranmasına gətirib çıxarırdı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə hər kəsə məlumdur. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-sü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq, parçalanma meyllərinin baş qaldırması və sair kimi hallar   ölkənin daxilində qardaş qırğınına, vətəndaş müharibəsinə zəmin yaradaraq  Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü.
      
Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə qayıdandan sonra ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin əsas təşkilatçısı oldu. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və  ölkəmizi bəlalardan xilas etdi. Həmin gün böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ümummilli Lider iyunun 15-də respublika Ali Sovetinin növbəti iclasında Gəncə hadisələri barədə qəti fikrini bildirdi. Bu sessiya bu mühüm məqam ilə yadda qaldı ki, Ulu Öndər Heydər Əliyev səs çoxluğu ilə Ali Sovetin Sədri seçildi. Əgər Ulu Öndər  Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Ona görə 1993-cü il əslində müstəqilliyimizin ilk ili oldu. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü,  düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, sabitlik yarandı və inkişaf dövrü başlandı. Azərbaycan iqtisadiyyatını bazar münasibətləri şərtləri əsasında formalaşdıran Ümummilli Lider özəl biznesin, azad sahibkarlıq fəaliyyətinin, özəlləşdirilmə prosesinə xüsusi diqqət ayırdı. Məqsəd ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək idi. Ümummilli Liderin hakimiyyəti dövründə əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların nəticəsində mümkün oldu. Dövlətçiliyin əsasları yaradıldı. Azərbaycan xalqı sözün əsl mənasında təbii sərvətlərinin sahibinə çevrildi. 1994-cü ildə Ümummilli Liderin gərgin səyləri nəticəsində "Əsrin müqaviləsi" imzalandı və Azərbaycanın hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. "Əsrin müqaviləsi" Ulu Öndərin neft sənayesi strategiyasında qazandığı uğurların  başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların qazanılmasında müstəsna rol oynadı.
      
Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı, Azərbaycan dünya birliyinin fəal üzvü kimi yeri və rolunu möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı, həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. 1993-cü ildən sonra ordu quruculuğuna xüsusi önəm verildi. Hərbi büdcə ildən-ilə artırıldı. Müasir qoşun növləri yaradıldı. Azərbaycan xaricdən ən modern silah-sursatların alınması üçün istehsalçı şirkətlərlə müqavilələr bağladı. Bu hazırlıq, islahatlar bizi qələbəyə hər gün daha da yaxınlaşdırırdı. Ümummilli Lider möhtəşəm Qayıdışı ilə Azərbaycanı həm məhv olmaq təhlükəsindən xilas etdi, həm də ölkəmizin ərazilərini işğal edən bir təcavüzkar dövlətə cavab zərbəsi hazırladı.
      
Ulu Öndər Heydər Əliyev inanırdı ki, siyasi varisi, Prezident cənab İlham Əliyev onun tarixi missiyasını yerinə yetirəcək. O, tarixi müraciətində bildirirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu tarixi torpaqlarını işğaldan azad etdi. Qurtuluş Azərbaycana davamlı uğurlar qazandırır. Hazırda işğaldan azad edilmiş ərazilərimizin də beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi, buradan mühüm mesajların çatdırılması qürurvericidir. Ölkəmizdə həyata keçirilən böyük iqtisadi layihələr, iqtisadi islahatlar Azərbaycanı daha da güclü edəcəkdir və dünyada artan nüfuzunu möhkəmləndirəcəkdir. 

Fuad Əliyev



Xəbərin oxunma sayı : 526




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap