“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Siyavuş Novruzov qohum evliliklərinə haqq qazandırdı - “Krallar belə nikaha girəndə kilsəyə gedir”

Tarix 14.06.24, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


Əmi, bibi, xala uşaqlarının nikahlarına qadağa qoyulması doğru addımdır, amma bunun birdən-birə qarşısını kəskin şəkildə almağı real hesab etmirəm.

AzFakt.com apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu, bizim ənənədir: “Bizim Kitabi-Dədə Qorqud dastanımız var. Biz köklərimizə istinad ediriksə, köklərimizdən birdən-birə imtina edə bilmərik. Təbliğat vasitəsilə camaatı bu ənənədən uzaqlaşdıra bilərik. Birdən-birə onlara bu qaydaları tətbiq edə bilmərik”. SEO Xidməti

Siyavuş Novruzov dini nikahlarla bağlı məsələyə də toxunub: “Dünyanın hər yerində bütün krallar nikaha girəndə birinci kilsəyə gedir, uşaq doğulur, birinci kilsəyə gedir. Guya biz hamıdan qabağa düşürük?! Dini nikah Allahın razılığıdır. Birinci Allah razı olmalıdır, dini nikah bağlanmalıdır, sonra rəsmi nikah”.

Qeyd edək ki, Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.



Xəbərin oxunma sayı : 802




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap