“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Ulu Öndərin həyatının nuru hələ neçə əsrlər Azərbaycanı işıqlandıracaq

Tarix 14.06.24, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


1991-ci ilin oktyabrında müstəqilliyini əldə edən Azərbaycan 70 il əsarət zəncirindən xilasının sevincini yaşasa da, sonradan ölkədə yaranmış böyük bir boşluq yenidən Azərbaycanı dərin bir uçurum qarşısında qoydu. Ölkəmizdə vətəndaş müharibəsi ilə bizi üz-üzə qoyan silahlı dəstələrin özbaşınalığı yarandı. Bu özbaşınalıq nəticəsində Gəncədə hərbi qüvvələrlə hökumət arasında olan silahlı toqquşma baş verdi. Həmin qiyamda 35 nəfərin həlak olması sonralar nələr baş verəcəyindən xəbər verirdi. Qiyamçıların özbaşınalığı ölkədə bir xaos yaratmışdı ki, digər bir tərəfdə-cənub zonasında qondarma "Talış Respublikası" adlı seperatçı qurumun yaranması böhranını dərinləşdirdi. Belə bir vəziyyətdə nə edəcəyini bilməyən xalq sonunda ölkəni yalnız Heydər Əliyevin xilas edə biləcəyi fikri ilə onun gəlişini təkidlə mitinqlərə çıxaraq tələb etməyə başladı. Və onun gəlişini- Bakıya gətirilməsini təşkil etdi.
      
Azərbaycanın bu faciəli günlərində köməyə gələn ulu rəhbər xalqın etimadını doğrultmağı bacardı. O, doğrudanda, öz vətənini canından artıq istədiyini əməlləri ilə sübut etdi. O vaxt hakimiyyətdə olan Əbülfəz Elçibəy ölkədə olan bu vəziyyət qarşısında hakimiyyəti tərk etdisə, Heydər Əliyev Gəncəyə - birbaş qiyamçılarla üz-üzə görüşə getdi. Öz həyatını risk altına atan dahi siyasətçi ölkə prezidentinin əsl siyasətçi olması ilə bərabər necə qorxmaz, vətənpərvər də olmalı olduğunu nümayiş etdirdi. Bununla da, ölkədə qiyamların qarşısı alındı. Onun hakimiyyətə gəlişi hər bir işi nizama saldı. Nəhayət, xalq dərindən nəfəs aldı. O hər bir vətəndaşın prezidenti olduğunu əməli fəaliyyəti ilə sübut etdi.
      
1993-2003-cü illər Azərbaycan iqtisadiyyatı tənəzzüldən qurtardı. Müstəqil dövlət quruculuğunun prosesi başlandı. Milli ordu formalaşdı.
      
O, Bakı-Tiblisi-Ceyhan Neft kəmərini xəyaldan reallığa çevirdi. Əsrin müqaviləsi imzalandı. Üç rəngli bayrağımız beynəlxalq təşkilatların qarşısında dalğalandı. Bir sözlə Azərbaycan inkişaf yoluna qədəm qoydu.
      
Qurub-yaratmaq onun missiyası oldu, xalqının tarixini yazmağa başladı. Öz xalqının azadlıq tablosunu yaratdı, onu daim ucaltmaq yenidən demokratik bir dövlət kimi formalaşdırmaq üçün gecəsinə gündüzünə qatdı. "Mən əvvəl rəssam olmaq istəyirdim, sonradan meylim memarliğa da yarandı" deyə dahi siyasətçi, əslində , bütöv bir Azərbaycanın memarı oldu.
      
Özündən əvvəl hakimiyyətdə olanların səriştəsizliyi , məsuliyyətsizliyi nəticəsində əsir düşən Qarabağ torpaqlarının gələcəkdə geri alınacağına inanan dahi rəhbər Heydər Əliyev son günə qədər : "Gün gələcək Şuşa qalası azad olacaq, gələcək nəsillər Üzeyirin, Bülbülün , Natavanın heykəllərini orada yenidən ucaldacaq" deyirdi. Ulu Öndər nə yaxşı ki, hakimiyyəti öz uzaqgörənliyi ilə İlham Əliyev kimi bir liderə - Azərbaycanın bayrağını bütün dünyada məşhur edən cəsur bir komandana təhfil verdi. Bu gün onun edə bilmədiyini həyata keçirən İlham Əliyev, nə yaxşı ki onun şam kimi əriyən ömrünü sönməyə qoymadı. Onun layiqli davamçısına çevrildi . Cəmi 44 gün savaşda əsir düşən , talan olan torpaqlarımızı geri qaytardı. Onun ruhunu şad etdi. Böyük bir xalqı bəladan qurtardı.
      
Bu gün Azərbaycan həm hərbi, həm siyasi cəhətdən dünyada sözü keçən ölkəyə çevrilib. Azad olan torpaqlarda yeni quruculuq infrastruktur layihələrin təməlini qoyan İlham Əliyev böyük qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməklə Heydər Əliyev imzasını təsdiq etməkdədir.
      
Biz əminik ki, dahi siyasətçinin Azərbaycan üçün qurduğu xəritə silinməz bir ömür yaşayacaq, Onun həyatının nuru hələ neçə əsrlər Azərbaycanı işıqlandıracaq, sevgisinin hərarəti öz xalqının qəlbindən silinməyəcəkdir.

Bəxtiyar Məmiyev



Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap