“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Yüksək vəzifəli məmurdan kürəkəninə 185 minlik JEST

Tarix 14.06.24, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən iyunun 12-də Laçın və Qubadlı rayonlarında mişar daşı yataqlarının hərracı keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov çıxış edərək, əsas məqsədin təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadənin, həmçinin investorlar arasında şəffaf rəqabətin təmin edilməsi olduğunu vurğulayıb.

Maraqlıdır ki, Laçında Əhmədli mişardaşı yatağı üzrə keçirilən 7 hərracdan 3-nün qalibi “Azərbaycan Geologiyası” MMC olub. Ümumilikdə ilkin qiyməti 180 min olan 18 hektar ərazinin MMC-yə son satış qiyməti 185,6 min manat təşkil edib.  SEO Xidməti

Qeyd edək ki, sözügedən şirkətin qanuni təmsilçisi Cəlilov İsrafil Ziyadxan oğludur. Mediada yayılan məlumatlardan aydın olur ki, İ.Cəlilov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədrinin müavini Azər Şükürovun kürəkənidir. 



Xəbərin oxunma sayı : 646




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap