Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Yeni parlamentin ilk iclası keçirilir - Prezident İlham Əliyev iclasda iştirak edir

Tarix 23.09.24, 11:15

Font ölçüsü : - / +
bitmap-img6


Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.


***

Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.

APA-nın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.

YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.

Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. 

***

Bu gün 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşmış VII çağırış Milli Məclisin ilk toplantısı keçiriləcək.

AzFakt.com xəbər verir ki, ilk iclasda Prezident İlham Əliyev iştirak və çıxış edəcək.

Bundan sonra Milli Məclisin rəhbərliyi seçiləcək.

Spiker postuna əsas namizəd hazırkı sədr Sahibə Qafarova hesab olunur. Lakin bu posta YAP tərəfindən partiyanın sabiq icraçı katibi, Baş nazirin keçmiş müavini Əli Əhmədovun namizədliyinin irəli sürüləcəyi də istisna deyil.

Birinci vitse-spiker postuna da azı 2 real namizəd var – həmin Əli Əhmədov və Əli Hüseynli.

Fəzail İbrahimlinin vitse-spiker postunu qoruyacağı gözlənilir. Adil Əliyevin boşaltdığı digər vitse-spiker postuna namizədlər sırasında da bir neçə şəxsin adı çəkilir.



Xəbərin oxunma sayı : 1183




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap