“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

“Azərbaycan müstəqil xarici siyasətini milli maraqlar əsasında qurub“ - Elçin Əmirbəyov

Tarix 02.06.24, 15:30

Font ölçüsü : - / +
bitmap-img6


Finlandiyanın "Turun Sanomat", "İllkka-Pohjalainen", "Keskipohjanmaa" və "Kainuun Sanomat" qəzetləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Helsinkiyə etdiyi işçi səfər zamanı yerli mediaya verdiyi geniş müsahibəni dərc edib.

AzFakt.com AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibədə Azərbaycan və Ermənistan arasında sülh prosesi, ölkımizin Avropa ilə enerji sahəsində əməkdaşlığı, Bakının ev sahibliyi edəcəyi COP29-a hazırlıq və s. kimi aktual mövzular əhatə edilib.

E.Əmirbəyov müsahibəsində Azərbaycanın öz çoxşaxəli və balanslı xarici siyasətini sırf milli maraqları üzərində qurduğunu, hər hansı siyasi alyansa mənsub olmadan bütün qonşu ölkələrlə yaxşı əlaqələrə malik olmaq əzmində olduğunu bildirib.

Habelə Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyinə uzun illər önəmli töhfə verdiyini və ölkəmizin 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql edəcəyi qazın həcmini 2 dəfə artıracağını qeyd edib.

Ermənistanla normallaşma məsələsinə gəldikdə azərbaycanlı diplomat sülh prosesinin yekun mərhələyə qədəm qoyduğunu və tərəflərin vasitəçi olmadan məhz birbaşa danışıqlara üstünlük verdiyini, son belə danışıqların mayın 10-12-də Qazaxıstanda baş tutduğunu xatırladıb. “Biz inanırıq ki, faciəvi keçmişlə bağlı səhifəni qapamaq və ölkələrimiz üçün daha firavan gələcək qurmağa ciddi cəhd etmək vaxtı gəlib. Bizim məqsədimiz sülh müqaviləsini mümkün qədər tezliklə yekunlaşdıraraq məlum əsas prinsiplər əsasında Ermənistanla normal diplomatik əlaqələr qurmaqdan ibarətdir və bundan hər kəs faydalanacaq”, - o əlavə edib.

Erməni mənşəli vətəndaşların Qarabağı tərk etməsinə gəldikdə isə, əsasən ermənilər tərəfindən iddia edilən "etnik təmizləmə" məfhumunu qətiyyətlə rədd edib və Azərbaycanın onların gedişini deyil, sadəcə Azərbaycan Konstitusiyasını qəbul etmələrini istədiyini vurğulayıb. Bununla belə, 250 min azərbaycanlı keçən əsrin sonunda məhz Ermənistanda etnik təmizləməyə məruz qalıb və doğma yurdlarından qovulub. Ermənistanla normallaşma çərçivəsində 42 km-lik Zəngəzur dəhlizinin açılmasının sülh quruculuğu baxımından önəmini vurğulayan E.Əmirbəyov bu layihənin Ermənistanın özünün dünyaya çıxışı və indiki izolasiyadan çıxması üçün də faydalı olacağını, eləcə də Asiya və Avropa arasında nəqliyyat bağlantısında vacib həlqə təşkil edə biləcəyini vurğulayıb.

Ukraynadakı vəziyyətlə bağlı suala cavab olaraq Azərbaycan rəsmisi ölkəsinin bu münaqişənin mümkün qədər tezliklə təmzimlənməsini dəstəklədiyi və onun faciəvi fəsadlarının davam etməsini istəmədiyini bildirib. Azərbaycanın 1990-cı illərdə öz ərazisinin işğalı zamanı ərazi bütövlüyü prinsipinin və suverenliyinin pozulmasından əziyyət çəkmiş bir ölkə kimi, BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş bu prinsipi qəti şəkildə dəstəklədiyini, habelə münaqişədə heç bir tərəf tutmadan Ukraynaya iri həcmdə humanitar yardımını davam etdirdiyini diqqətə çatdırıb.

Noyabr ayında Bakıda keçiriləcək COP29-a toxunan E.Əmirbəyov Azərbaycanın nailiyyətlərinin böyük neft və qaz sərvətləri olan bir ölkənin, öz külək və günəş potensialından səmərəli istifadə edərək meqalayihə çərçivəsində yaşıl enerjisini Avropaya ixrac etməklə, yenilənən enerji sahəsində də öncül mövqedə ola biləcəyinin göstərici olduğunu, qarşıdan gələn tədbirin prinsip etibarı ilə Ermənistanla sülh xüsusunda, həm də sülh COP-u ola biləcəyinə ümid bəslənildiyini vurğulayıb.



Xəbərin oxunma sayı : 1087




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap