“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Mövsümündən əvvəl satışa çıxarılan qarpızın QORXUNC ZƏRƏRLƏRİ

Tarix 05.06.24, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadi və biznes əlaqələrinin genişlənməsi səbəbi ilə marketlərdə mövsümə uyğun olmayan meyvə-tərəvəz satılır. Məsələn, mövsümün başlamasına xeyli zaman qalsa da, artıq uzun müddətdir ki, marketlərdə qarpız satılır. Mütəxəssislər bildirir ki, mövsümündən əvvəl yetişdirilən qarpızlara stimuledici maddələr vurulur.

Məsələn, bu bostan bitkilərinin daha tez böyüməsi üçün onların becərilməsində amonium şorasından (seletra) çox istifadə olunur. Ona görə də indi satılan qarpızların tərkibində külli miqdarda nitrat olur. Bu maddələr orqanizmdə hemoqlabini qeyri-aktiv formaya çevirə bilir. Bu da hüceyrələrin tənəffüsünü pozur. Toxumalar və orqanlar hipoksiya yaşayır. 

“Bu şəxslər uzaq durmalıdırlar”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, hazırda marketlərdə satılan qarpızdan ən çox hamilə qadınlar və uşaqlar uzaq durmalıdır:
“Bu onların həyatı üçün böyük risk yaradır. Ümumilikdə isə mövsümündən əvvəl satışa çıxarılan bostan bitkiləri hər kəs üçün təhlükə mənbəyidir. Ona görə də indiki vaxtda qarpızın istehlakı məsləhət deyil”.

Vaqif Qarayev onu da əlavə edib ki, indi satışa çıxarılan bostan bitkilərinin GMO olma ehtimalı da böyükdür:

“GMO məhsulları isə bütün hallarda ziyanlıdır. Ona görə də yaxşı olar ki, nəfsimizi boğaq və mövsümü gözləyək. Əks təqdirdə heç də xoş olmayan sürprizlərlə qarşılaşa bilərik”.
Qarpızdan zəhərlənmənın simptomları

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə mövzu ilə bağlı bunları deyib:

“Qarpızın yetişdirilməsində digər hormonlardan isitfadə edilir ki, buna da fitohormonlar adı verilib. Bunlar da insan orqanizmində böyük fəsadlara yol açır. Qarpız zəhərlənməsi özünü birdən-birə soyuq tər basması, qusma, ishal, gözlərə qaranlıq çökməsi və başgicəllənmə kimi hallarla göstərir. Əgər zəhərlənən şəxsdə təzyiq aşağı düşübsə və onu soyuq tər basıbsa, onu mütləq başı aşağı saxlamaq, mümkün qədər çoxlu maye qəbul etməsini təmin etmək və dərhal həkimə müraciət etmək lazımdır”.

Qarpızın tərkibindəki maddələrin zəhərləməyə səbəb olduğunu söyləyən ekspert bildirdi ki, xüsusilə də, həssas yaş qrupundan olan insanlar, yəni uşaqlar, yaşlı, xroniki xəstəliyi olan insanlar, hətta hamilə qadınlar üçün daha təhlükəlidir:

“Əgər bu məhsul hansısa bir qida növü ilə qəbul edilərsə, immun sistemi aşağı olan şəxslərdə həmin qidaların bir-biri ilə təsiri nəticəsində zəhərlənmə baş verir. Bu baxımdan da qarpızı mövsümdən əvvəl yemək məsləhət görülmür”.



Xəbərin oxunma sayı : 682




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap