“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Paytaxtda baş verən 340 min manatlıq oğurluq hadisəsinin təfərrüatları - VİDEO

Tarix 13.06.24, 23:17

Font ölçüsü : - / +
bitmap-img6


Əlbir olub evdən içərisində 340 min manat olan seyfi oğurladılar, götürdükləri pulla 6 avtomobil aldılar.

Dəstə üzvlərindən biri isə ona çatan pulla estetik əməliyyat etdirib.

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Zərərçəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanılıb. Binəqədi Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstənin üzvləri - 38 yaşlı Şəbnəm Hüseynova, bacısı 28 yaşlı Zemfira Sultanova, onların əmisi oğlu 33 yaşlı, əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 28 yaşlı əli Qurbanov saxlanılıblar.

Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Şəbnəm Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Qurban Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib.

Bir neçə gün sonra Qurban Sultanov pulun 194 min manatını əli Qurbanovun vasitəsi ilə əmisi qızlarına göndərib. Hadisədən sonra Qurban Sultanov ona çatan pulla 4, Şəbnəm Hüseynova isə 2 avtomobil alıb. Dəstənin digər üzvü Zemfira Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib. Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zamanı oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.    

 





Xəbərin oxunma sayı : 1462




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap