“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

“Mənə iş yerində xəsarət yetirdilər, həmin şəxsə təşəkkürnamə verildi“ - Həbsdə olan vəkil Sümbülə Əliyeva

Tarix 20.06.24, 20:59

Font ölçüsü : - / +
bitmap-img6


Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva ifadəsini davam etdirib.

S. Əliyeva bildirib ki, ona iş yerində xəsarət yetirilib: "Sərdar Qasımova dedim ki, bu iş quramadır, mənimsəmə işi araşdırılmalıdır. Sənədlərdə yazılanlar uydurmadır, şişirdilmiş rəqəmlər yazılıb. Amma bu, olmadı. Mən etiraz etdim. Etiraz edəndə isə mənə xəsarət yetirildi. Mənə xəsarət yetirən şəxsin Vəkillər Kollegiyasında izahatı alınmadı, əksinə ona təşəkkürnamə verildi".

S.Əliyeva deyib ki, ona verilən ittiham şişirdilib. Onun sözlərinə görə, 2016-2018 ilə qədər olan müddətdə hansı vəkilə nə qədər iş verildiyi müəyyən olunmalıdır: "Tələb edirəm ki, həmin sənədlər işə əlavə edilsin".

Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilmədiyini, heç bir cinayət törətmədiyini açıqlayıb.

Qeyd edib ki, Vəkilər Kollegiyasının yoxlamaları onun iştirakı olmadan keçirilib, yoxlamaların nəticələri barədə akt ona verilməyib.

Daha sonra S.Əliyeva dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.

Proses iyunun 24-də davam etdiriləcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək prosesin gedişində barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 955




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap