“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Türkiyə bu il xaricə 267 milyard dollarlıq məhsul ixrac edəcək – Ərdoğan

Tarix 08.06.24, 23:12

Font ölçüsü : - / +
bitmap-img6


Bu il Türkiyənin ixracının həcmi 2023-cü ildəki 255,4 milyard dollardan 267 milyard dollara qədər artacaq.

AzFakt.com xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İxracatçılar Məclisinin nümayəndələri ilə görüşündə səsləndirib.

Ərdoğan xatırladıb ki, may ayında ixrac 24,1 milyard dollara çatıb, 2023-cü ilin eyni dövrü ilə müqayisədə artım 11,4 faiz təşkil edib.

Prezidentin sözlərinə görə, 2023-cü ildən həyata keçirilən iqtisadi sabitləşdirmə proqramı öz bəhrəsini verir.

Mərkəzi Bankın valyuta ehtiyatlarının 45,2 milyard dollar artaraq 143,6 milyard dollara çatması buna sübutdur: “Türkiyə iqtisadiyyatı bu prosesin başa çatmasından sonra tamamilə fərqli mərhələyə qədəm qoyacaq”.

Qeyd edək ki, may ayında Türkiyədə inflyasiya illik müqayisədə 75,45 faiz təşkil edib. Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, respublika iqtisadiyyatı üçün ən pis dövr arxada qalıb, dezinflyasiya prosesinə girir və iyun ayında inflyasiya nisbətində azalma başlayacaq.



Xəbərin oxunma sayı : 1423




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap