“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Türkiyə tərəfdaşlarının sayını artırır – BRİCS-ə üzvlük nə vəd edir?

Tarix 14.06.24, 16:13

Font ölçüsü : - / +
bitmap-img6


BRİCS üzvlərinin sayı artacaq. Bu təşkilata maraq göstərən dövlətlərin sayı artıb. Bu sırada Türkiyə də var.

“Əlbəttə, biz BRİCS-ə üzv olmaq istərdik. Gəlin, görək bu il hər şey necə olacaq” – deyən Türkiyənin Xarici İşlər naziri Hakan Fidan təşkilatın xarici işlər nazirlərinin Rusiyanın Nijni Novqorodda keçirilən toplantısına qatılıb.

Bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRİCS-ə üzvlüyü təşkilatın gücünü artıracaq. Türkiyə bu təşkilata üzv olmaqla həm xarici siyasətini şaxələndirməyə, həm də tərəfdaşları ilə əlaqələrini gücləndirməyə çalışır.

Buna baxmayaraq, BRİCS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir. Aydındır ki, BRİCS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyirlər.

Ancaq BRİCS-in digər üzvləri olan Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyillər, Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Eyni ilə Türkiyə də BRİCS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq.

Moskva təşkilat üzvlərinin sayının artırılması siyasətini dəstəkləyir. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkovun açıqlamasına görə, bu ilin oktyabr ayında Kazan şəhərində keçiriləcək sammitə qədər yeni üzvlərlə bağlı təkliflər hazırlanacaq. Moskva təşkilatla tərəfdaşlıq etmək istəyən dövlətlərin üzvlüyünə müsbət baxır. Ancaq fərqli yanaşmalar da var.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randxir Djaysval açıqlama verərək, BRİCS-in genişlənməsinin bütün üzvlərin razılığı əsasında mümkün olduğunu bildirib. Bölgə ölkələrindən Tailand da BRİCS-ə üzv olmaq istəyir.

Bu arada, Hindistanla Çin arasında Maldiv adalarıyla bağlı gərginlik artıb. Ada dövləti olan Maldiv mühüm geosiyasi kəsişmədə yerləşir. Hindistanın ada dövləti ilə münasibətləri Mohamed Muizzunun Maldivin prezidentliyi dövründə pozulub. Halbuki, buna qədər iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində idi. Hindistan Maldivdə müxtəlif layihələri maliyyələşdirib, 500 milyon dollar dəyərində güzəştli kredit verib. Maldiv adalarının hazırda Çinin orbitinə yaxınlaşdığı görünür. Bu amilin özü göstərir ki, Hindistan və Çin BRİCS təşkilatının üzvü olsalar da, aralarında rəqabət də davam edir.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 754




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap