“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

“Naxçıvandakı günəş enerjisi tutumu bir çox beynəlxalq şirkəti cəlb edir“ - Bayraktar

Tarix 04.06.24, 8:51

Font ölçüsü : - / +
bitmap-img6


Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan türkiyəli həmkarı Alparslan Bayraktarla görüşüb.

AzFakt.com “TRT Haber”ə istinadən xəbər verir ki, türkiyəli nazir Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak etmək üçün Bakıya gəlib.

Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığın bütün dünyada təqdir olunduğunu deyən Bayraktar əməkdaşlığın təkcə iki ölkənin iqtisadiyyatına deyil, həm də regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə və neft bazarlarının daha balanslı olmasına töhfə verdiyini vurğulayıb.


Bayraktar Türkiyə və Azərbaycanın prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə enerji sahəsində çox böyük layihələr həyata keçirdiyini xatırladaraq həm regional, həm də qlobala önəmə sahib Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrin uyuşuq şəkildə həyata keçirildiyini qeyd edib.

Yeni layihələr üzərində də çalışdıqlarını bildirən Bayraktar “İğdır-Naxçıvan qaz boru kəmərində işlər intensiv şəkildə davam etdiyini” söyləyib.

“Bu xətti vaxtından əvvəl hazır edəcəyik. Naxçıvanın qazı bu ilin qış aylarında Türkiyə üzərindən gələcək”.

Türkiyə hökumətinin üzvü elektrik enerjisi sahəsində çox mühüm irəliləyişlərin olduğunu deyib:“Azərbaycan çox güclü bərpa oluna bilən mənbələrə malik ölkədir. Xəzər dənizindəki külək tutumu və Naxçıvandakı günəş enerjisi tutumu təkcə Türkiyədəki şirkətləri deyil, bir çox beynəlxalq şirkəti də cəlb edir. Sadəcə resursların olması yetərli deyil. Eyni zamanda bazarın və tələbin də olması lazımdır. O anlamda Türkiyə ilə Azərbaycanın bir-birini tamamlayıcı rolu var”.

Bayraktar qeyd edib ki, dünyada olduğu kimi, Türkiyədə də elektrik enerjisinə tələbat artıb:“Biz elektrik enerjisini daha təmiz üsullarla istehsal etməyi hədəfləyirik. Həm Türkiyədəki bərpa olunan enerji potensialını reallaşdıracağıq, həm də ətrafımızdakı elektrik enerjisini Türkiyəyə və Türkiyədən Avropaya aparmaqla bağlı birgə layihələr hazırlayırıq. İki ölkə olaraq bizim bundan sonra çoxlu layihələrimiz var. Biz addım-addım və sistemli şəkildə irəliləyirik”.





Xəbərin oxunma sayı : 1039




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap