“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?

Tarix 05.06.24, 22:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin əvvəlindən Azərbaycanda ABŞ dollarına tələbatın artması davam edib. Mərkəzi Bankın məlumatına görə, yanvar-may aylarında 37 valyuta hərracında banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Açıqlanan rəqəmlərə görə, ilin ilk üç ayında Azərbaycanda əhalinin də dollara tələbi kəskin artıb. 2024-cü ilin yanvar-mart aylarında insanlar banklardan 931.3 milyon dollar alıblar. Bu da illik müqayisədə 491.5 milyon manat və ya 112 faiz çoxdur.

İlin əvvəlində Mərkəzi Bank hərraclarda valyutaya tələbin aktivləşməsini "mövsümi xarakterli" adlandırmışdı: "Bu, əsasən, bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən, ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır".

Bəs görəsən, "mövsümi" proses niyə hələ də davam edir? Suala, hələlik, Mərkəzi Bankdan cavab almaq mümkün olmayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a bildirib ki, Milli Bank ilə bağlı ciddi islahatlara start verilib: "Parlamentdə keçən yay və payız sessiyalarında da monetar siyasətin məhz Milli Bank tərəfindən aparılmasına dair yeni qanunvericilik təşəbbüsləri ilə çıxış edildi, parlament də bu təşəbbüsü dəstəklədi. Bu da ondan xəbər verirdi ki, ölkədə monetar siyasət müstəqil qaydada, Milli Bank tərəfindən həyata keçiriləcək".

Deputat qeyd edib ki, bu gün Azərbaycanda iqtisadiyyat genişlənir, şaxələnir, ölkəyə olan maraq artır: "Bu maraq, eyni zamanda, ticarət dövriyyəsinin çoxalmasına gətirib çıxarır, nəticədə bu, ölkədə pulun dövriyyəsinə də təsir göstərməkdədir. Ona görə də dollara tələbat artır".

Parlamentin sözügedən komitəsinin digər üzvü Vahid Əhmədov xatırladır ki, bir müddət əvvəl manatın müəyyən devalvasiyaya uğrayacağı barədə şayiələr var idi və insanlar bundan narahat olmuşdu: "Amma mən özüm də bir neçə dəfə demişdim ki, 2024-cü ildə devalvasiya prosesi gözlənilmir".

Deputatın sözlərinə görə, insanlar çalışırdı ki, manatı dollara çevirsinlər: "İkincisi də, ticarət ilə əlaqədar olaraq müəyyən məhsulların idxalı artıb. Keçən il bu göstərici 2 milyard manatdan çox artmışdı, bu il də təxminən 2 milyard. İdxal artdığı üçün də manatı başqa valyutaya çevirirlər və həmin vəsaitdən istifadə edirlər. Əsas səbəblər bunlardır".

V.Əhmədovun fikrincə, manat kifayət qədər oturuşmuş bir valyutadır: "Ona görə də onun dəyərdən düşməsi, hələlik, gözlənilmir".



Xəbərin oxunma sayı : 1405




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap