“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

SOCAR Ərəbistan körfəzindəki neft yataqlarına şərik oldu – Təfərrüat

Tarix 31.05.24, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və “Umm Lulu” neft yataqlarında iştirak payının 3%-nin SOCAR-a verilməsinə dair saziş imzalanıb.

Yeniavaz.com xəbər verir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un hasilat üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.
Məlumat üçün bildirək ki, “Umm Lulu” neft yatağı Ərəbistan körfəzində, Əbu-Dabidən 30 km şimal-qərbdə yerləşir. Dəniz neft yatağı ADNOC (60%), BP (14,67%), “Total” (13,33%) və Yaponiya Neft İnkişaf Şirkəti (Jodco, 12%) tərəfindən istismar olunur.  Yatağın işlənməsi 2,5 milyard dollardan çox investisiya qoyuluşu ilə iki mərhələyə bölünüb.
Yataqdan hasilata 2014-cü ilin oktyabrında yaxınlıqdakı “Umm Əl-Dalx” neft yatağının mövcud qurğularından istifadə etməklə başlanılıb. Layihənin ikinci mərhələsinin hazırlanmasına 2018-ci ilin sentyabrında başlanılıb.
Yatağın tam işləndiyi zaman gündə 105 000 barel xam neft hasil edəcəyi gözlənilir.
Müqayisə üçün bildirək ki, bu ilin ilk rübü ərazində Azərbaycanın ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli” yatağında gündəlik hasilat 339 min barel olub.
SARB (Satah al-Razboot) dəniz neft yatağı isə Abu Dabidən təxminən 200 km şimal-qərbdə yerləşir. Neft yatağının 2016-cı ildə istismara verilməsi ilə BƏƏ-nin ümumi neft hasilat gücü əlavə olaraq gündə 100 min barel artıb.
SARB dəniz neft yatağı ADNOC (60%), “Cepsa” (20%) və OMV (20%) şirkətləri tərəfindən istismar olunur.



Xəbərin oxunma sayı : 1195




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap