Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Türkiyənin Cənubi Qafqazda imkanları daha da artacaq” - ŞƏRH

Tarix 11.12.24, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


“Türkiyə və Azərbaycan liderlərinin son telefon danışığı zamanı Suriyadakı vəziyyətin müzakirəsi, ardınca da Azərbaycan Xarici İşlər Nazirliyinin Suriya ilə bağlı bəyanatı baş verənlərin məmləkətimizlə də əlaqəsinin olduğunu göstərir”.

Bunu politoloq Elxan Şahinoğlu liderlərin müzakirələrini şərh edərkən bildirib. “Strateji müttəfiqimiz Türkiyənin Suriyada mövqelərinin güclənməsi bölgədəki vəziyyəti dəyişmək iqtidarındadır. Rusiya və İran Suriyada yanlış tərəfi seçdilər və itirdilər. Türkiyə Əsəd rejiminə qarşı dirəndi və qazandı. Rusiya və İranı gələcəkdə başqa məğlubiyyətlər də gözləyəcək. Qalibin və haqlının yanında olmalıyıq”, - ekspert qeyd edib.

Politoloq deyir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 15-ci Səfirlər Konfransındakı çıxışında söylədiyi “Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu edirik” cümləsinin də əhəmiyyəti var. “Sülh sazişinin imzalanmasıyla Türkiyənin Cənubi Qafqazda imkanları artacaq, bu isə Azərbaycanın da maraqlarına cavab verir”, - E.Şahinoğlu vurğulayıb.



Xəbərin oxunma sayı : 1486




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap