![]() |
|














Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir
Tarix 01.01.25, 14:00 |
|

2024-cü il Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi ilə yadda qaldı. Həm daxili, həm xarici siyasətdə ciddi beynəlxalq uğurlara imza atıldı. Ötən ilin ən mühüm uğuru şübhəsiz ki, 33 ildə ilk dəfə olaraq bütöv Azərbaycan ərazisində Prezident və parlament seçkilərinin keçirilməsi oldu. Seçkilər dövlətin siyasi inkişafında əlamətdar mərhələ oldu, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra tam suverenliyin və ərazi bütövlüyünün bərpasını simvolizə etdi. Seçicilərə Şuşa və Xankəndidə, eləcə də işğaldan azad edilmiş digər şəhərlərdə səsvermə imkanının yaradılması bu ərazilərin ölkənin siyasi, sosial və iqtisadi sisteminə inteqrasiyasında mühüm addım oldu. Bu, həmçinin dövlətin hətta münaqişədən sonrakı yenidənqurma şəraitində demokratik prosesləri təşkil etmək və aparmaq bacarığını nümayiş etdirdi.
Prezident İlham Əliyev də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində bu seçkilərdən tutmuş digər əhəmiyyətli məsələlərə toxunub.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı növbəti dəfə ona böyük etimad göstərib və bu onu daha da ruhlandırır, gücləndirir: "Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir”.
Dövlət başçısı qeyd edib ki, bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, Azərbaycana qarşı əsassız ittihamlar olub. Amma heç biri bizi yolumuzdan döndərə bilmədi:
"Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq”.
Prezident onu da vurğulayıb ki, 2024-cü ilin ən ciddi uğuru həm də Ermənistanla münasibətlərin normallaşması prosesinin yeni səviyyəyə çıxması oldu: iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi başladı. Bu da 2025-ci ildə iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına olan ümidləri artırıb.
Müraciətdə xüsusi qeyd edilib ki, ötən il uğurla başa vuruldu, ilin əvvəlində qarşıya qoyulan bütün məsələlər öz həllini tapdı:
"Ölkəmiz inamla inkişaf edib, onun beynəlxalq nüfuzu böyük dərəcədə artıb. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ən əsası sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayıb: "Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaq”.
Bəli, ölkəmiz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda stabil dövlət statusu qazanıb. Qonşu Gürcüstanda, Ermənistanda baş verən hadisələr bunu təsdiqləyir. Müstəqil xarici siyasət yeritməyə cəhd göstərən Tbilisi hökumətinə qarşı Qərbin əksər dövlətləri hücuma keçib, hətta onu sanksiyalarla hədələyib. Ermənistandan isə danışmağa dəyməz. 44 günlük İkinci Qarabağ müharibəsindən dörd il keçsə də, ölkə özünə gələ bilmir. Forpost ölkə hələ də, müstəqil dövlətə çevrilə bilməyib. Onu xaos və qarşıdurmaya sürükləyən ölkələrin əlində alətə çevrilməkdədir. Azərbaycan isə çoxvektorlu xarici siyasət yürütməklə həm beynəlxalq aləmdə nüfuzunu artırmağa, həm də daxili sabitlik qazanıb.
Prezident də xalqa müraciətində yuxarıda qeyd edilən məsələlərə toxunub. Xüsusilə onun İrəvan hökumətinə ünvanlanan açıq mesajı diqqət çəkir. Dövlət başçısı ümidvardır ki, Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq:
"Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib”.
2024-cü ildə də Ermənistanı fəlakətə sürükləyən Fransa başda olmaqla bəzi dövlətlər onu silahlandırmaq kampaniyasını gücləndirməyə çalışdılar. Prezident də çıxışında bu riyakar və ikili siyasətə toxunub:
"Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır”.
Dövlət başçısının qeyd olunan xəbərdarlığı həm Ermənistana, həm də onun havadarlarına ünvanlanan ən ciddi bir mesajdır. Azərbaycan bir daha bəyan edir ki, regionda sülh və əmin-amanlıq prioritetdir və ümid edir ki, bu mesaja da 2025-ci ildə diqqət yetiriləcək. Əsas da Ermənistan bunu anlamalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər.
"Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil”.
Revanşizm, növbəti müharibə həvəsində olanlara Prezidentin mesajı isə hesab edirik ki, aşağıdakı fikirlər ən layiqli cavabdır:
"Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir”.
Bəli, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb və dünya da artıq yeni reallıqları qəbul edib. 2025-ci ildə də bu reallıqların daha dərindən təsdiqlənəcəyi şübhəsizdir. Heç bir qüvvə, güc mərkəzi də Azərbaycan dövlətinin iradəsinə təsir göstərə və yolundan döndərə bilməz.
Xəbərin oxunma sayı : 841
Analiz
Xəbərlər
-
Nazir onu qərargah rəisi təyin etdi - FOTO
-
Mənimsəmədə ittiham olunan sabiq direktora hökm oxundu - Şərti cəza verilib
-
25 qız sığınacağa yerləşdirildi - Biri hamilədir
-
Roma Papası Fransisk dəfn olundu - FOTO/VİDEO
-
Qiymətləndiricilər AQP-nin 3 aylıq fəaliyyətini müzakirə etdilər - FOTOLAR
-
Zelenski və Tramp 15 dəqiqə danışıblar - Danışıqları davam etdirməyə razılaşıblar
-
Boy uzatma əməliyyatının hansı fəsadları olur? - VİDEO
-
“150 milyon çinli turistin cəmi 1 %-i Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq“ - İlham Əliyev
-
“Kursk vilayətinin azad edilməsi əməliyyatı başa çatıb“ - Kreml
-
75 yaşlı qadını öldürüb quyuya atan Aypara tək olmayıb - Daha bir qadın tutuldu
-
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
İmamoğlunun qaynı da həbs edildi - Daha 47 nəfər saxlanılıb
-
“Bunu bilmək istəyirsinizsə, Zelenski ilə əlaqə saxlayın” - Lavrov
-
Məktəblərdə son tətil başlayır - Bu tarixlərdə
-
İlham Əliyevin Pekində Çinin CGTN telekanalına müsahibəsi - TAM MƏTN
-
Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlandı - SİYAHI
-
Həbsdən azad edilən Əvəz Zeynallı: “Tələb olunan müayinələrdən keçməliyəm”
-
Neftə tələbat son 50 ildə ən aşağı səviyyədə olub - Qlobal Enerji İcmalı açıqlandı
-
Beynəlxalq Ədalət Məhkəməsindən qərar - Ermənistanın iddialarını rədd edildi
-
Dəniz kənarındakı qanunsuz tikili söküldü - VİDEO
-
Araz çayında suyun səviyyəsi 41 sm artıb - Xidmət
-
İcra başçısı Şirvanda baş verən “yaşıl ağacların qətliamdan“ xəbərsizdir? - VİDEO
-
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - Yaralılar var
-
“Bizim mövqeyimiz dəyişməzdir” - Zelenski
-
Qəzzada İsrail qətliamı davam edir - Bir gündə 78 fələstinli öldürüldü
-
Hindistan-Pakistan gərginliyi: Silahlı qüvvələrin güc nisbəti necədir?
-
Amerikalıların əksəriyyəti Trampın siyasətini qarışıq və qorxulu sayır - Sorğu
-
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 39-cu ili - ÇERNOBIL FACİƏSİ
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Traktor”dan dramatik qələbə - Liderliyini davam etdirir
-
Ərdoğan Azərbaycana gələcək - Gələn ay
-
Yol üstündə mübahisə qətllə nəticələndi - VİDEO
-
Pike sevgilisindən ayrıldı - FOTO
-
Uitkoff uğurlu görüş keçirib - TRAMP
-
MRT və KT müayinələri ödənişli olacaq - VİDEO
-
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya olundu - RƏSMİ
-
“Vertolyot vurulan günün səhəri Şuşada mənim toyum idi” - Fotolar
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri... - CƏDVƏL
-
Əvəz Zeynallının azadlıqda ilk FOTOSU
-
Müğənni Zeynəb ərə gedir? - Gəlinlik libasında fotolarını paylaşı
-
Putinlə Uitkoff arasında görüş başa çatdı - Görüş 3 saat çəkib
-
“Ərdoğansız Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil” - “The Economist“
-
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: Parlaqlıq sizi aldatmasın
-
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
-
“Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb, Ermənistan addımlar atmalıdır“ - Prezident
-
Tibb bacısından pensiya dələduzluğu - Məhkəmə hökm oxudu
-
Azərbaycandan İsrailə 8 ədəd xüsusi cihaz göndərilib - Qiyməti 5 milyon dollardır
-
Vilayət Eyvazov generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası + FOTOLAR
-
Prezident Anar Quliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
-
Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşdü - FOTO
-
Milli mətbuatın 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
-
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Əvəz Zeynallı azadlığa buraxıldı - Məhkəmə qərar verdi
-
Sahil Babayev 500 milyonu banka yerləşdirdi - Deputat tənqid etdi
-
“Krım Rusiyanın tərkibində qalacaq” - Donald Tramp
-
Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var
-
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində - Fotolar
-
“Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm” - Azər Rəşidoğlu
-
“Əleyhimə ifadə verənləri Allaha tapşırmışam“ - Yarım milyonluq kibercinayətkarlıq
-
“Pul saya bilmirəm, mühasib işləməyə savadım çatmazdı“ - Yarım milyardlıq kibercinayətkarlıqla bağlı məhkəmə
-
Subsidiya üçün əkinlərinizi EKTİS-də bəyan edin! - Fermerlərə çağırış
-
“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır“ - İlham Əliyev
-
Tibbi sığorta ilə bağlı dəyişiklik - Vətəndaşların nəzərinə
-
“Gecəni mənimlə oteldə keçirməlisən“ - Bakıda homeseksual tələbəni qaçırdı
-
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi - FOTO
-
Hakan Fidandan Türk dövlətlərinə xəbərdarlıq: “Kipr oyunlarına alət olmayın!”
-
Onların təhsil xərcləri bu şərtlə ödəniləcək - 700 dollardan çox olmasın
-
“VMR Esthetic Clinic”in belə bir lisenziyası yoxdur“ - Nazirlik qalmaqallı klinika barədə açıqlama yaydı
-
Şəhid ailələrinə verilən mənzillərin sahəsi nə qədərdir? - Tam siyahı
-
ATƏT-in Baş katibi İlham Əliyevin qəbulunda - Fotolar
-
İcra başçısı “Ulduz” şokolad fabrikini ziyarət edib - Sahibkarlar Günü ilə əlaqədar
-
Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olay
-
Hindistan-Pakistan gərginliyi pik həddə - Müharibə başlaya bilər
-
Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi - 15 sutka
-
Prezident Kaya Kallası qəbul etdi - FOTO
-
Masazırda qanunsuz obyekt inşa edilir? - FOTOLAR
-
Beyləqanda Şəfəq Nasirlə görüş - FOTOLAR
-
İnam Kərimov Çində səfərdə olub - FOTOLAR
-
“Zelenski günahkar deyil...“ - Starmer Trampa etiraz edib
-
Bakıda zəlzələ riski: Binalar sarsıntıya tab gətirə bilər? (VİDEO)
-
“Pilot 16” MMC şirkəti ilə vətəndaş arasında növbəti qalmaqal - VİDEO
-
Kiyev ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşır - “Bild“
-
Bələdiyyə sədrinin yalanı belə ifşa edildi - VİDEO
-
Şadlıq evləri toy sahibinə qəbz təqdim edəndə qiymətlər daha yüksək olur? - VİDEO
-
“Mən qadın kimi xoşbəxt ola bilmədim” - Məleykə Əsədova
-
“Qarabağ”ı xüsusi rəqib kimi görmürəm“ - Qara Qarayev
-
“Space TV”yə xəbərdarlıq edildi - Rəşad Dağlıya görə
-
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
-
İsrail Qəzzada yaşayış binasını atəşə tutdu - 7 fələstinli qətlə yetirildi
-
ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir - “Bloomberg“
-
Ermənistanın Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu - FOTOLAR
-
İstanbuldakı zəlzələdə azərbaycanlılar xəsarət alıb? - Açıqlama
-
Ağstafada məktəb 10 gündür elektriksiz qalib - VİDEO
-
“Çindən 3.7 milyardlıq alıb, cəmi 19.5 milyon dollarlıq mal satırıq” - Millət vəkili
-
Zərərçəkmiş Şuşanın işğalı günündən danışdı: Bombalar yağış kimi yağırdı
-
Sağikən özlərinə qəbr yeri alırlar - Bakıda 5000 manata satılır
-
“Atlant“ İstirahət Mərkəzi qayınata ilə kürəkəni məhkəmədə bir-birinə qarşı qoyub
-
“Rusiya Bəşər Əsədin ekstradisiyasından imtina edib” - Əhməd əl-Şaraa
-
Turisti quru sərhədlə Gürcüstana aparacağını deyib - 200 dollarını aldı
-
Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: “Ağsaqqal kişisən...“
-
Prezidentin Çin səfərindən - Tarixi görüntülər
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Aysel Xəlilova pasiyentlərinə necə dolğu və inyeksion prosedurları edir? - FOTOLAR
-
Baş nazirdən “Azərenerji” prezidenti vəzifəsi ilə bağlı - Qərar
-
Müdiri öldüyü üçün 3 ildir işdən çıxa bilmirdi - Məhkəməyə müraciət etdi
-
Ermənistan Türkiyədən nə alıb və nə satıb? - Siyahı
-
Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentin Çinə dövlət səfəri başa çatdı - FOTO
-
Əvəz Zeynallı həbsdə qaldı - Son sözü Tibb Baş İdarəsi deyəcək
-
Qəbirlərdən qızıl dişlər oğurlayırdı - Saxlanıldı
-
Nizami rayonu Babək prospektində dəmir konstruksiyalı obyekti kim tikdirir? - FOTO
-
Prezident Velosiped Turu təşkil ediləcək - 60-cı dəfə
-
“Rusiya ilə razılığa gəldik, indi növbə Zelenskidədir“ - Tramp
-
Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik - YENİLİK
-
Özəl bankların qeyri-faiz gəlirlərinin 69%-i 2 bankın payına düşüb - Tam siyahı
-
Ədalət Partiyasında qalmaqal - Bəyanat yaydılar
-
“Nar”dan Ümumdünya Kitab Gününə dəstək - FOTOLAR
-
Beyləqanda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
TOP 10
ARXİV