“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Azərbaycana idxal olunan qoyun əti bahalaşa bilər - VİDEO

Tarix 28.05.24, 23:25

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Samara şəhərində xırdabuynuzlu heyvalar arasında yayılan brusellyoz xəstəliyi ilə əlaqədar bölgədə karantin tətbiq edilib. Bununla əlaqədar xəstə heyvanların müalicəsi, kəsilməsi və sağılması qadağan olunub. Ekspertlər hesab edirlər ki, ölkəmiz ət istehlakı baxımından idxaldan asılıdır. Gürcüstan bazarına tətbiq olunan məhdudiyyətdən sonra Rusiya bazarında yarana biləcək problem də qoyun əti məhsullarının qiymətində artım yarada bilər. Yəni Azərbaycana idxal olunan qoyun ətinin qiyməti bahalaşa bilər. Bəs Rusiyadan gətirilən ətlər harada istifadə olunur?

Xezerxeber.az-ın məlumatına görə,  xırdabuynuzlu heyvanların sayındakı azalma daxili tələbatı idxaldan asılı hala salır.

Bu heyvanların da idxalda böyük hissəsi Rusiya və Gürcüstanın payına düşür. Mütəxəssislər bildirirlər ki, xaricdən gətirilən ət məhsulları əsasən kolbasa, sosiska və konservləşdirilmiş qidalarda, bəzi restoran və yemək hazırlayıb çatdıran şirkətlərdə istifadə olunur. Buna səbəb isə xərclərin aşağı salınması, eləcə də əhaliyə ucuz və keyfiyyətli məhsulların təqdim edilməsidir.

Rusiya mətbuatında yer alan məlumatlara görə isə, xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyi böyük sürətlə yayıldığından regionda karantin elan edilib. Xəstə heyvanların müalicəsi, keçi və qoyunların sağılması qadağan edilib.

İqtisadçı - ekspert Xalid Kərimli deyir ki, Gürcüstan bazarından sonra Rusiya bazarına da məhdudiyyət qoyularsa bu ölkədən gətirilən ətdən hazırlanan məhsulların qiymətinin yüksəlmə ehtimalı var. Bu artım isə əsasən restoranlarda və konservləşdirilmiş məhsullarda hiss oluna bilər.

Ekspert bildirib ki, son dövrlər qoyun ətinin qiymətində davamlı artımlar müşahidə olunur. Bunun səbəbi isə saxlanılan qoyunların azalması, həm də fermerlərin üzləşdiyi müəyyən çətinliklərdir.





Xəbərin oxunma sayı : 1408




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap